İstanbul-Bakı-İstanbul reysləri ləğv edildi

Yanvarın 10-da həyata keçirilməli olan İstanbul-Bakı-İstanbul aviareysləri ləğv edilib. Avtosfer.az-ın məlumatına görə, AzərTac Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər ki, “Türk Hava Yolları” (THY) aviaşirkətinin yerli vaxtla saat 00:10-da “TK 1132” saylı İstanbuldan Bakıya olan uçuşu ləğv olunub. Uçuşun Yeni İstanbul Hava Limanından həyata keçirilməsi nəzərdə tutulurdu.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Türk Hava Yolları” aviaşirkətinin yerli vaxtla saat 05:35-də Bakıdan İstanbula olan “TK 1133” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi. Həmçinin THY-nin yanvarın 10-da İstanbulun Sabihə Gökçən aeroportundan saat 03:50-də “TK 340” saylı Bakıya həyata keçirilməsi planlaşdırılan reysi və əks istiqamətdə saat 07:15-də “TK 341” saylı uçuşu da ləğv olunub.
İstanbul-Bakı-İstanbul aviareyslərinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










