İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi “SOCAR Turkey Enerji A.Ş” İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə “SOCAR Aviation” markası ilə qalib gəlib.
Avtosfer.az SOCAR-a istinadən verdiyi məlumata görə, İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu SOCAR ödəyəcək. Bildirilib ki, SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.
“SOCAR Turkey”in ticarət üzrə direktoru Murad Ərdoğan şirkətin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini bildirib və qeyd edib ki, Türkiyədə aviasiya sektoru genişlənir: “Tam gücü ilə işə başladıqdan sonra İstanbul Hava Limanının Türkiyədə təyyarə yanacağı istehlakının 60%-ni istifadə edəcəyi gözlənilir. Hava limanı ve Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız “SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”.
STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 mln. ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan M. Ərdoğan bildirib ki,“SOCAR Aviation” qurulduğu gündən etibarən çox mühüm işlər görülüb, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olub. “STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. “SOCAR Turkey”in qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”.
Qeyd edək ki, Türkiyənin aviasiya sektoruna 2013-cü ildə “SOCAR Aviation” ilə daxil olan SOCAR təyyarə yanacağı təchizatına ilk olaraq İstanbulun Sabiha Gökçen hava limanında “Pegasus” aviaşirkəti ilə böyük bir saziş imzalayaraq başlayıb. Sektorun qabaqcıl qlobal şirkətləri ilə bağladığı müqavilələr ilə genişlənməyə davam eden “SOCAR Aviation”, 2016-cı ildə “Türk Hava Yolları”nın Atatürk hava limanındakı yanacaq ehtiyacının bir hissəsi ilə yanaşı İzmirin Adnan Menderes hava limanı və Bodrum hava limanını da yanacaq ilə təchiz etməyə başlayıb. Cari il ərzində “Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının yarısı, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı “SOCAR Aviation” tərəfindən həyata keçiriləcək.
Namiq
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










