İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda martın 2-3-də bu bölgədə havanın, əsasən, yağmursuz keçəcəyi, lakin martın 2-də axşam, 3-də bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 7-12, dağlıq rayonlarda 3-7 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində hava şəraitinin nisbətən sabit olacağı, əsasən, yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi martın 3-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Naxçıvanda havanın, əsasən, yağmursuz keçəcəyi, lakin martın 3-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.
Bakıda yaxın iki gündə havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi martın 3-də arabir güclənəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












