İtən An-32 təyyarəsinin qalıqları tapılıb

Hindistanın hərbi aviasiyası iyunun 3-də ölkənin şimal-şərqində radarlardan itən An-32 hərbi-nəqliyyat təyyarəsinin qalıqlarını aşkarlayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi deyib. “Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Mi-17 helikopteri itən An-32 təyyarəsinin qalıqlarını ölkənin şimal-şərqində Lipo yaşayış məntəqəsindən 16 kilometr məsafədə dəniz səviyyəsindən 3650 metr hündürlükdə aşkarlayıb”, - deyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi bildirib. Qəza zamanı təyyarənin göyərtəsində olan insanların taleyi barədə məlumat verilmir.
Xatırladaq ki, Assam ştatının Corhat şəhər aeroportundan havaya qalxaraq ölkənin şimal-şərqində yerləşən Arunaçal-Pradeş ştatına uçan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi-nəqliyyat təyyarəsi iyunun 3-də yerli vaxtla saat 12:25-də radarlardan itmişdi. Pilotlar təyyarə havaya qalxdıqdan 35 dəqiqə sonra dispetçerlə axırıncı dəfə əlaqə saxlayıb. Təyyarənin göyərtəsində səkkiz ekipaj üzvü və beş sərnişin olub.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












