İtmiş futbolçunun təyyarəsinin qalıqları tapıldı

“Kardif Siti” klubunun futbolçusu Emiliano Salanı daşıyan təyyarənin qalıqları La-Manş boğazında aşkarlanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Sala ailəsinin muzdla tutduğu təhqiqatçı Devid Merns dağıntıların Qernsi adasının sahilləri yaxınlığında üzə çıxdığını bildirib. Britaniyanın Hava Qəzalarının Araşdırma Agentliyinin yerli bölməsinin əməkdaşları təyyarənin qalıqlarının çıxarılması üçün həmin əraziyə göndərilib.
“Emiliano Sala və Devid İbbotsonun ailəsi artıq bu barədə məlumatlandırılıb”, - deyə Merns “Twitter” hesabında yazıb.
Xatırladaq ki, yanvarın 21-də Nantdan Kardiffə uçan “Payper Malibu N264DB” təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində argentinalı futbolçu və nəqliyyat vasitəsini idarə edən pilot Devid İbbotson olub.
Qeyd edək ki, “Kardiff siti” Salanı klub üçün rekord qiymətə - 15 milyon funt-sterlinqə heyətinə qatıb. 28 yaşlı oyunçu ötən ayın sonlarından məşqlərə başlamalı idi.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










