İyunun 9-dan qatarlarda gediş haqqı qalxır

İranda 9 iyundan qatar biletinin qiyməti orta hesabla 22% artacaq. Bunu İranın yol və şəhərsalma nazirinin müavini və dəmiryol şirkətinin icra direktoru Səid Rəsuli deyib. Avtosfer.az xəbər verir ki, bu barədə Trend Təsnim İnformasiya Agentliyinə istinadən məlumat verib. S.Rəsulinin sözlərinə görə, İranda dəmiryol nəqliyyatı şirkətləri biletin qiymətinin artırılması ilə bağlı müraciət etmişdilər və Nəqliyyat Departamenti bu müraciətlə razılaşıb. Rəsuli əlavə edib ki, Tehran-Ankara və Tehran-Van qatarları iyun ayının sonlarında işə başlayacaq. “Tehran-Ankara qatarı biletinin qiyməti 43 avro, Tehran-Van qatarının biletinin qiyməti isə 20% avro olacaq. Nazir müavini Tehran-Ankara qatarının 60 saata, Tehran-Van qatarının isə 20 saata məqsədə çatacağını deyib.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












