İctimai nəqliyyat və velosipeddən ən çox hansı ölkələrdə istifadə edilir? – STATİSTİKA - FOTO

Müxtəlif ölkələrdə insanların gündəlik hərəkət vərdişləri nəqliyyat siyasəti, şəhərsalma və infrastruktur səviyyəsindən birbaşa asılıdır.
Avtosfer.az xəbər verir ki, qitələr üzrə aparılan araşdırmalar və orta statistik göstəricilər göstərir ki, əksər ölkələrdə şəxsi avtomobillərin payı adətən 50 faizi keçmir. Bir çox regionlarda ictimai nəqliyyat, piyada hərəkəti və velosiped əsas nəqliyyat vasitələri sırasında yer alır.
Bu mənzərədən fərqlənən əsas regionlardan biri Şimali Amerikadır. Xüsusilə ABŞ-də onilliklər ərzində avtomobil mərkəzli şəhərsalma siyasəti aparılıb. Geniş yollar, şəhərdaxili magistrallar və minlərlə parkinqin salınmasına baxmayaraq, problem öz həllini tapmayıb. Bu gün ABŞ-in böyük şəhərləri dünyada ən sıx tıxaclar olan şəhərlər sırasında qərarlaşıb. Eyni zamanda, əhalinin böyük hissəsi gündəlik həyatını avtomobilsiz təsəvvür edə bilmir.
Mütəxəssislər avtomobildən həddindən artıq asılılığın təkcə nəqliyyat deyil, həm də sosial, ekoloji və sağlamlıq problemləri yaratdığını bildirirlər. Şəhərdaxili məsafələrin avtomobilə uyğun planlaşdırılması alternativ hərəkət imkanlarını məhdudlaşdırır və tıxacları daha da dərinləşdirir.
Azərbaycanda isə bu sahədə fərqli yanaşma formalaşdırılır. Qəbul olunmuş dövlət proqramına əsasən, şəxsi avtomobillə həyata keçirilən səfərlərin payının 30–40 faizə qədər azaldılması nəzərdə tutulur. Bu hədəfə çatmaq üçün ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi, piyada və velosiped infrastrukturlarının genişləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.
Mütəxəssislər hesab edirlər ki, bu istiqamətdə atılacaq addımlar şəhərlərdə tıxacların azalmasına, ekoloji vəziyyətin yaxşılaşmasına və vətəndaşların gündəlik hərəkətinin daha rahat və təhlükəsiz olmasına imkan yaradacaq.
Eltac Zülfüqaroğlu
.png)
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO












