İnsanların yaşıllıqlarda açdıqları cığırları təhlükəsiz səkiyə çevirmək mümkündür - FOTO

Şəhər küçələrinə diqqət yetirdikdə bəzi ərazilərdə insanlar tərəfindən öz-özünə şəkildə formalaşan cığırlarla rastlaşmaq mümkündür.
Avtosfer.az xəbər verir ki, bu marşrutları “arzulanan səki” və ya “arzulanan cığır” adlandırırlar. Bu cığırlar rəsmi layihələndirilmiş səkilərdən fərqli olaraq, insanların gündəlik hərəkət ehtiyaclarına uyğun, daha qısa və rahat marşrutlar əsasında yaranır.
Şəhərsalma mütəxəssislərinin fikrincə, piyada hərəkətini artırmaq üçün yalnız səki salmaq kifayət deyil. Əsas məqsəd insanların bir nöqtədən digərinə gedərkən piyada hərəkəti real alternativ kimi görməsidir. Bu isə məsafələrin qısa, marşrutların isə rahat olması ilə mümkündür.
Maşını avtonom rejimdə nəzarətsiz qoyub şou göstərirlər – Ekspert sürücüləri TƏNQİD ETDİ - VİDEO
“Arzulanan səkilər” insanların davranışına əsaslanan real ehtiyacı əks etdirir. Bu səbəbdən də mütəxəssislər belə marşrutların nəzərə alınaraq abadlaşdırılmasını, asfaltlanmasını və təhlükəsiz hala gətirilməsini vacib sayırlar. Bu yanaşma həm piyada axınını tənzimləyir, həm də insanların qadağan olunmuş ərazilərdən keçməsinin qarşısını alır.
Bununla yanaşı, şəhər səkilərinin keyfiyyəti də xüsusi önəm daşıyır. Səkilər rəvan, maneəsiz, qırılmadan, inklüziv olmalı, əlillər, yaşlılar və uşaq arabaları üçün əlçatan şəkildə layihələndirilməlidir. İşıqlandırma, kölgəlik, yaşıllıq və küçə mebelləri piyada komfortunun əsas elementləri kimi nəzərə alınmalıdır.
Küçələr arasında keçidlər isə bir‑birinə yaxın məsafədə yerləşən, eyni səviyyəli və rahat piyada keçidləri vasitəsilə təmin edilməlidir. Bu, həm piyada təhlükəsizliyini artırır, həm də şəhər daxilində avtomobildən asılılığı azaldır.
Mütəxəssislər hesab edirlər ki, insan yönümlü şəhər mühiti yaratmaq üçün piyada davranışları diqqətlə izlənməli və “arzulanan səkilər” şəhər planlaşdırılmasının ayrılmaz hissəsinə çevrilməlidir.
Eltac Zülfüqaroğlu


Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












