İpoteka Fondu sabiq nazirdən 360 minə 4 avtomobil alır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi “İmprotex Motors” Məhdud Məsuliyyətli Müəssisəsi (VÖEN – 1400064731) olub.
Avtosfer.az "Yeniavaz"a istinadən xəbər verir ki, Fond “İmprotex Motors” MMC-dən 360 min manata 4 ədəd minik avtomobili alacaq.
Məlumat üçün bildirək ki, avtomobillərin 3-ü komfort sinif tipli, 1-i isə biznes sinif tipli olacaq.
Qeyd edək ki, BMW, “Rolls-Royce”, MINI və “Yamaha” kimi avtomobil markalarının Azərbaycanda rəsmi idxalçısı olan “İmprotex Motors” MMC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 325 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33-də yerləşir.
Onu da qeyd edək ki, Fondun “İmprotex Motors”dan hansı marka avtomobil alacağı açıqlanmayıb.
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT
İlham Əliyevin Nikol Paşinyan ilə görüşünə dair VİDEOÇARX
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO












