Jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya ödənilib

Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının övladlarına kompensasiya verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, məlumatı “The Washington Post” yayıb. Jurnalistin iki oğlu və iki qızı ayrılıqda hər ay 50 min dollar müavinət alacaq. Bundan başqa, onların hər birinə 4 milyon dollaradək qiyməti olan ev verilib. Qaşıqçının qətli ilə bağlı məhkəmə prosesi başa çatdıqdan sonra jurnalistin uşaqlarının hər biri əlavə olaraq 10 milyon dollar ala bilər. Bildirilib ki, qətldən sonra Qaşıqçının övladları Səudiyyə Ərəbistanını tənqid etməyib.
Krallığın məmurları kompensasiyanın uşaqların susmasına görə verilməsini təkzib ediblər.
“The Washington Post” ABŞ Prezidenti Donald Trampı jurnalistin qətli ilə bağlı məsələyə qətiyyətsizlik göstərməkdə qınayıblar.
Qeyd edək ki, “The Washington Post”un əməkdaşı, Səudiyyə Ərəbistanının vətəndaşı Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Krallığın İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilib. İndiyədək onun meyiti tapılmayıb. Onun qətlini Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təşkil etdiyi bildirilir.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












