“Jurnalistlərin məhkəmə proseslərinə buraxılmaması düzgün deyil”

“Açıq məhkəmə iclaslarında jurnalistlərin fəaliyyətinə mane olmaq və onların məhkəmə zalına buraxılmaması düzgün deyil”. Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Ali Məhkəmənin 2018-ci ildəki yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
R.Rzayevin sözlərinə göeə, istənilən vətəndaş, o cümlədən jurnalistlər açıq məhkəmə iclasında iştirak edə bilər: "Azərbaycanda yalnız iki halda qapalı keçirilən məhkəmə iclası var. Onlardan biri dövlət sirri, digəri isə ailə məsələləri ilə bağlı keçirilən iclaslardır. Qalan bütün hallarda məhkəmələr hər bir vətəndaş, o cümlədən vəzifə borcunu yerinə yetirən jurnalistlər üçün açıq olmalıdır".
Qeyd edək ki, bir sıra hallarda jurnalistlər ayrı-ayrı məhkəmələrdə keçirilən proseslərə buraxılmırlar ki, bu da ciddi etirazlara səbəb olur.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












