Kaliforniyada "Luçian" qasırğası tüğyan edir

Kaliforniyada böyük miqdarda yağıntının düşməsi və nəticədə təhlükəli sürüşmələrin əmələ gəlməsinə səbəb olan "Luçian" qasırğası tüğyan edir. Əsas şossedə hərəkət o dərəcədə təhlükəli olub ki, fevralın 5-də ştatın hakimiyyət orqanları Kaliforniya ştatındakı Epplgeytdən Nevada ştatının sərhədinədək ştatlararası 80-ci şosseni bağlamaq qərarına gəliblər.
Avtosfer.az Azərtac-a istinadən bildirir ki, Qrepvayn yaxınlığında ştatlararası 5-ci trasın ərazisindəki Texon aşırımı vasitəsilə hərəkətə Kaliforniya Yol Xidmətinin patrulları nəzarət edirdilər. Yağan sulu qar dağlarda torpağın yumşalmasına gətirib çıxarıb ki, bu da Frimont rayonunda 84-cü trasa qaya parçalarının düşməsinə səbəb olub. Buna görə də yol ikigünlük bağlanılıb. Analoji səbəb ucbatından San-Fransisko körfəzinin rayonunda 150-ci tras da bağlanılıb. San-Fransisko, Napa dairəsi və Sakramento vadisinə də görünməmiş miqdarda yağıntı düşüb. Kaliforniya Yol Xidmətinin məlumatına görə, digər traslar da bağlanılıb. Bundan başqa, dairələrin hakimiyyət orqanları qar fırtınası ilə əlaqədar Syerranın qərb hissəsində və Taxo gölündə 5 dağ-xizək kurortunun bağlanmasını tapşırıblar.
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO
"Erməni soyqırımı" qərarından sonra Azərbaycan–İsrail əlaqələri necə olacaq? – AÇIQLAMA
Meşə fondunun torpağı sahibkara satılıb? – İDDİA - FOTO
Azərbaycan bu dəhlizində strateji mövqeyini gücləndirir – EKSPERT
Bu yollar tıxaclıdır - SİYAHI
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü










