Kanalizasiya sularının kollektorlara tökülməsi yolun çökməsinə səbəb olur - FOTO

"Zabrat-Maştağa şosesində kanalizasiya sularının kollektorlara tökülməsi yolun çökməsinə səbəb olur". Avtosfer.az xəbər verir ki, bunu “Report”a "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib. O deyib ki, kanalizasiya sistemi olmayan yerlərdə insanlar "şambo"lardan istfadə edir və ordakı çirkab suları sifarişlə çəkərək “Azərsu”nun kollektoruna tökürlər: “Həmin işləri görən şəxslər buna görə "Azərsu"dan icazə alıb, ödəniş etməlidilər. Lakin bu, qanunsuz şəkildə həyata keçirilir”. “Azərsu” ASC-nin rəsmisi deyib ki, biz bu kimi hallara qarşı mübarizə aparırıq: “Zabrat-Maştağa yolunun sıradan çıxması ilə bağlı isə heç bir şikayət daxil olmayıb. Lakin ətrafı üfunət iyi bürüyür”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA














