Karate müəllimini qətlə yetirən şəxsin ibtidai istintaqı yekunlaşıb

Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirləndirilən Hüseyn İbadovun barəsində cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.
Qeyd edək ki, ötən il avqustun 9-da Ağdaş rayonu ərazisindəki qəbiristanlıqda H.İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib. Daha sonra o, könüllü olaraq polisə gedib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil verib.
Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Məlum olub ki, H.İbadov və N.İsmayılov arasında münaqişə pul üstündə yaşanıb. 2017-ci ilin martında H.İbadov həmyerlisinə 500 manat borc pul verib. N.İsmayılov isə borcu qaytarmayıb. Nəticədə o, N.İsmayılovu öldürüb.
Xatırladaq ki, N.İsmayılov karate üzrə müəllim və məşqçi olub.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










