Kart dələduzluğu artır? – Ekspertdən XƏBƏRDARLIQ

Azərbaycanda rəqəmsal ödənişlərin və onlayn ticarətin artması ilə yanaşı, kart dələduzluğu halları da daha çox müzakirə olunur.
Avtosfer.az xəbər verir ki, aparılan müzakirələr və statistik göstəricilər bu cür halların miqyasının böyük olmadığını göstərir.
Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankda keçirilən müzakirələrdə təqdim olunan statistikalar göstərir ki, Azərbaycanda kart dələduzluğu halları miqyas baxımından böyük deyil və ümumi iqtisadiyyat üçün ciddi risk hesab olunmur. Son illərdə rəqəmsal ödənişlərin və onlayn ticarətin sürətlə artması ilə bu cür halların sayı da çoxalıb:

"Pandemiyadan sonra insanlar nağd ödənişlərdən daha çox onlayn əməliyyatlara üstünlük verməyə başlayıblar. Pulun rəqəmsallaşması dələduzluğun da qloballaşmasına səbəb olub. Artıq başqa ölkələrdən belə kart məlumatlarını ələ keçirməyə çalışan dələduzlar fəaliyyət göstərirlər. Fişinq və saxta zənglər əsasən vətəndaşların diqqətsizliyindən istifadə edir. Buna görə də insanların maliyyə savadlılığını artırması və təhlükəsizlik qaydalarına əməl etməsi vacib sayılır. Eyni zamanda bankların da kiber təhlükəsizlik tədbirlərini gücləndirməsinin vacibliyi vurğulanır. Çünki bu hallar bank sektorunun reputasiyasına və vətəndaşların bank sisteminə olan inamına mənfi təsir göstərə bilər".
İqtisadçı Natiq Cəfərlinin fikrincə, bu məsələdə həm bank sisteminin, həm də vətəndaşların öz məsuliyyəti var. Bank sistemi təhlükəsizlik tədbirlərini daha da sərtləşdirməlidir. Vətəndaşlar da ayıq olmalıdırlar, onlardan tələb olunan şəxsi məlumatları heç kimə verməməli, şübhəli zənglərə inanmamalıdırlar:

"Düzdür, hələlik söhbət elə böyük məbləğlərdən getmir ki, bu, Azərbaycan iqtisadiyyatına ciddi ziyan vursun. Çünki Azərbaycan iqtisadiyyatı kifayət qədər böyükdür, söhbət on milyardlarla dollarlıq ümumi daxili məhsuldan gedir. Bu hallar iqtisadiyyatın ümumi həcmi baxımından ciddi təsir yaratmasa da, vətəndaşlara ziyan vurur. Bu isə artıq başqa məsələdir. Ona görə də vətəndaşlar öz məsuliyyətlərini dərk etməli, banklar isə təhlükəsizlik tədbirlərini daha da genişləndirməlidirlər".
Fatimə Dadaşova
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












