Keçid stansiyaları Bakı metrosunda nəyi dəyişəcək? – AÇIQLAMA

Bakı Metropolitenində keçid stansiyalarının rolu gələcəkdə daha da artacaq.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, metropolitenin xətlərinin inkişafı və ayrılması fonunda keçid stansiyaları sərnişin axınlarının daha səmərəli idarə olunmasında mühüm rol oynayacaq.

Ekspertin sözlərinə görə, təxminən 60 illik tarixə malik Bakı Metropolitenində uzun illər ərzində funksional keçid stansiyalarının sayının az olması sərnişin axınlarının optimal şəkildə bölüşdürülməsinə müəyyən məhdudiyyətlər yaradıb.
“Xətlər ayrıldıqdan sonra keçid stansiyaları sərnişin axınını bölüşdürərək insanların bir xətdən digərinə daha rahat və sürətli keçidini təmin edəcək. Bu, həm sərnişinlərin vaxtına qənaət edəcək, həm də ayrı-ayrı stansiyalarda yaranan sıxlığın azalmasına imkan verəcək”, – deyə Rauf Ağamirzəyev qeyd edib.
O vurğulayıb ki, artıq 10 ildir fəaliyyət göstərən “Memar Əcəmi-2” stansiyası bənövşəyi xəttin şəhər mərkəzinə qədər uzadılmasından sonra daha böyük əhəmiyyət qazanacaq.
“Memar Əcəmi-2” stansiyası bənövşəyi xətt şəhər mərkəzinə çatdıqdan sonra öz potensialını tam şəkildə göstərəcək və metropolitenin əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək. Burada sərnişinlərin müxtəlif istiqamətlərə daha rahat keçidi mümkün olacaq”, – ekspert bildirib.
Gələcəkdə optimal marşrut şəbəkəsinin formalaşdırılması məqsədilə daha üç keçid stansiyasının tikintisi nəzərdə tutulur.
Ekspert hesab edir ki, yeni keçid stansiyalarının istifadəyə verilməsi sərnişinlərə təyinat məntəqəsinə çatmaq üçün daha qısa marşrut seçməyə imkan yaradacaq. Eyni zamanda xətlər arasında keçidin asanlaşması, sərnişin axınlarının daha düzgün bölüşdürülməsi və sıxlığın azaldılması Bakı Metropoliteninin ümumi fəaliyyətinin səmərəliliyini artıracaq.
Eltac Zülfüqaroğlu
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ












