Keçmiş məhkumu amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş məhkumu qətlə yetirməkdə təqsirləndirilən Etibar Qəhrəmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başa çatıb.
Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin avqust ayında Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü E.Qəhrəmanov həmyerlisi, 1983-cü ildə anadan olmuş Əlizadə Xanzadəni qətlə yetirib.
Onların hər ikisi əvvəllər məhkum olunmuş şəxslərdir.
Daha sonra E.Qəhrəmanov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










