Keçmiş MTN-in Nəqliyyat Təhlükəsizliyi İdarəsinin rəisi həbsdən çıxdı - FOTO

“Azadlığa buraxılmağıma görə, bir hərbçi kimi Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”. Bunu ONA-ya eksklüziv açıqlamasında bu gün azadlığa buraxılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Nəqliyyat Təhlükəsizliyi İdarəsinin rəisi Akif Əliyev deyib. O, azadlığa çıxdığı üçün sevincli olduğunu dilə gətirib: “Azadlığım mənim üçün dövlətimə xidmət etmək naminə bir şansdır. Mən hər zaman Azərbaycan dövlətçiliyinə sadiq olmuşam və dövlət maraqlarını hər şeydən üstün tutmuşam".
A. Əliyev həbsdən çıxan kimi vəkili Anar Qasımlı ilə birlikdə Heydər Əliyevin məzarını ziyarət edib.
Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmə A. Əliyevin cəzasını 5 ildən 3 il 6 aya endirib. Cəza müddəti başa çatdığı üçün o, bu gün azadlığa buraxılıb. A. Əliyev keçmiş MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarovla birlikdə mühakimə olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə A. Çovdarov 12 il, A. Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH















