Keçmiş sektor müdiri barəsində cinayət işi başlanılıb

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Nəsimi rayonu sektorunun keçmiş müdiri Bəyverdi Novruzov və digər əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi başlanılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən şəxslərin cinayət işində zərərçəkmiş qismində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tanınır.
B.Novruzov və Ş Məmmədovun cinayət işinin ibtidai istintaqı prokurorluqda araşdırılaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Hafiz Kamranovun icraatına verilib və aprelin 23-də məhkəmənin hazırlıq iclası başlayacaq.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin bu ilin əvvəlində müvafiq əmri ilə komitənin Nəsimi rayonu üzrə sektor müdiri B.Novruzov tutduğu vəzifədən azad edilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












