Kərimova həbsxanada intihar edib? - Şok detallar

Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova və "Uzdunrobita" mobil operator şirkətinin (MTS Özbəkistanın ortağı) keçmş rəhbəri Behzod Əhmədov rüşvət və çirkli pulların yuyulmasından 865 milyon dollar gəlir əldə edib.
Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Nyu-Yorkun Cənub Bölgə Prokurorluğunun rəsmi saytında bildirilib. Qurum şübhəlilərin bu vaxta qədər xaricdə tarixin ən böyük korrupsiya proqramına daxil edildiklərini qeyd edib. Prokurorların fikrincə, Behzod Əhmədov "Uzdunrobita" MMC və digər iki telekommunasiya şirkəti - VimpelCom LTD (indiki adı "Veon") və "Telia"nın (keçmiş adı TeliaSonera - isveç şirkəti) iştirak etdiyi böyük rüşvətalma proqramının təşkilatçısı olub. Kərimova rəsmi mövqeyindən istifadə etməklə bu 3 şirkətdən 865 milyon dollar məbləğində rüşvət almaqda və həmin pulları ABŞ-ın maliyyə sistemləri vasitəsilə yumaqda ittiham olunur.
2014-cü ilin martından bu yana ABŞ və Hollandiya rəsmiləri MTS, Vimpelcom operatorları və Telia şirkəti haqqında istintaq aparıblar. Operatorlar ölkədə uzun müddət çalışmaq üçün Gülnarə Kərimovaya yaxın qurumlara tez-tez milyon dollar rüşvət verməkdə ittiham olunublar.
2016-cı ilin fevralında Vimpelcom 795 milyon dollar cərimə ödəməyi qəbul edib. 2017-ci ilin iyulunda Telia ilə də razılaşma əldə olunub və şirkət 965 milyon dollar məbləğində cərimələnib. MTS-in isə cəzası 850 milyon dollar olacaq.
Telia şirkətinin məhkəmə işi ilə bağlı 2013-cü ilin oktyabrında baş vermiş qalmaqalların ardından Gülnarə Kərimovanın fəaliyyətləri və ətrafı haqqında geniş araşdırmalara başlanılıb. Nəticədə ona aid TV və radio kanalları, Özbəkistan Mədəniyyət və Sənət Forumu Fondu, prezidentin qızı tərəfindən təsdiqlənən yardım təşkilatları bağlanılıb və şəriklərinin mülklərinin bir qismi dövlət tərəfindən müsadirə olunub.
G.Kərimova 2013-cü ildən bəri ev həbsində olub və 2017-ci ildə yeni ittihamlar əsasında saxlanılıb. Son zamanlarda o, həbsxanalardan birinə transfer edilib. Yerli media Gülnarə Kərimovanın orada intihar etdiyini yazsa da, ölkə prokurorluğu bu məlumatı təkzib edib.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO








