Kəskin hava şəraiti 5 nəfərin həyatına son qoyub

ABŞ-da qarlı və şaxtalı hava ölkənin Orta Qərb regionunda 5 nəfərin həyatına son qoyub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu haqda "Associated Press" (AP) agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirib. Məlumata görə, bir kişi Çikaqo (İllinoys ştatı) ətrafında ölüb. İkinci şəxs Miluokidə (Viskonsin ştatı) qarajda donaraq ölüb. Daha iki nəfər - ər və arvad İndiana ştatında yol-nəqliyyat hadisəsinin qurbanı olublar. Detroytun (Miçiqan ştatı) şəhər ətrafında 70 yaşlı sakin hava şəraitinə uyğun olmayan paltar geyməsi səbəbindən ölüb. ABŞ-ın Milli Meteoroloji Xidmətinin məlumatına görə, çərşənbə günü Minneapolisdə (Minnesota ştatı) havanın temperaturu mənfi 33,3 dərəcəyə çatıb. Küləyi nəzərə almaq şərtilə, bu rəqəm mənfi 47,2 dərəcə olub. Çikaqoda havanın hərarəti mənfi 30,6 (küləyi nəzərə alaraq mənfi 45,6 dərəcə), Miluokidə isə temperatur mənfi 28,9 (küləyi nəzərə alaraq mənfi 43,9) təşkil edib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










