Kəskin hava şəraiti yollarda nəqliyyatın hərəkətini iflic edib

Avstriyada yağan güclü qar ölkənin Alp regionlarında xaos yaradıb və bir sıra bölgələrdə nəqliyyatın hərəkətini iflic edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, aramsız yağan qar dağlıq ərazilərdə qar uçqunu təhlükəsini artırıb, avtomobil magistrallarında qəzaların sayı artıb, eyni zamanda, hava limanlarında pis hava şəraiti ilə bağlı çoxlu sayda reyslər təxirə salınıb. Vyana şəhərinin ətrafında əsas yolları birləşdirən A21 avtomagistralı isə yanvarın 5-də səhər saatlarında hər iki istiqamətdə bağlanıb. Avstriya Teleradiosunun verdiyi məlumata görə, qış üçün hazırlıqlı olmayan yük maşınları avtomagistralın bağlanmasına səbəb olub. Buz bağlamış yolda hərəkət edə bilməyən maşınlar, eyni zamanda, yolları təmizləmək üçün xəttə çıxan maşınların hərəkətini də çətinləşdirib.
Alp dağlarının dəniz səviyyəsindən 1400 metrdən yüksək ərazilərində isə qar uçqunu təhlükəsi ilə bağlı 4-cü dərəcəli xəbərdarlıq elan edilib. Ekspertlər turistlərə diqqətli olmağı, xizəksürmə mərkəzlərində sürüşmə zolaqlarını tərk etməməyi tövsiyə ediblər.
Gün ərzində yağan qarın həcminin artması ölkənin Tirol və Zaltsburq əyalətlərində vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Həmçinin Milad tətilinin başa çatması ilə əlaqədar bu həftəsonu dağlıq ərazilərdən geri qayıdan turistlərin avtomobil yollarında tıxaclar yaradacağı gözlənilir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










