Kimlik almaq və dəyişmək neçəyə başa gəlir?

Şəxsiyyət vəsiqəsinin alınması zamanı tələb edilən dövlət rüsumunun məbləği ilə bağlı tez-tez məlumat verilsə də, hələ də bu haqda informasiyası olmayanlar var. Bunu nəzərə alaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi sosial şəbəkə istifadəçiləri üçün bu məlumatları zaman-zaman paylaşır. Avtosfer.az Axar.az-a istinadən xəbər verir ki, 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi zamanı tələb edilən rüsumun məbləği isə müddətdən asılı olaraq dəyişir. Belə ki, vəsiqə 10 gün müddətində verildikdə 4 manat, 3 iş günü müddətində verildikdə 20 manat, 1 iş günü müddətində verildikdə 25 manat dövlət rüsumu tələb edilir.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə isə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat rüsum tələb edilir.
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə isə 10 gün müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə 45 manat rüsum ödənilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












