Köhnə avtobusla Gürcüsnata gedib yenisi ilə qayıdarkən gömrükdə yaxalandı - FOTO

Köhnə model avtobusla Gürcüstana gedərək bir gün sonra eyni dövlət qeydiyyat nömrə nişanı altında yeni model nəqliyyat vasitəsi ilə ölkəmizə geri qayıdan həmyerlimizin əməlinin üstü açılıb. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə bir qrup şəxsin sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə edərək Azərbaycan Respublikasına nəqliyyat vasitələri gətirilməsi barədə məlumat daxil olub. Azərbaycan Respublikası vətəndaşı Qasımov Şəmsəddinə məxsus "SUMIT DAF EUROLİNES" markalı avtobus gömrükçülər tərəfindən saxlanaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin dayanacağına gətirilib və gömrük baxışı keçirilib. Baxış zamanı avtobusun üzərindəki metal lövhə və ban nömrəsinin kustar üsulla vurulması gömrükçülərdə şübhə yaradıb.
İlkin araşdırma zamanı məlum olub ki, Şəmsəddin Qasımov idarə etdiyi 1981-ci il buraxılışlı, ağ "SUMIT DAF EUROLİNES" markalı 00200330 şassi nömrəli 90-ZD-837 dövlət nömrə nişanlı avtobusla Gürcüstan Respublikasına gedərək ona məxsus avtobusu yeni modeli ilə əvəz edib, gömrük-vergi rüsumlardan yayınaraq ağ, bənövşəyi, sarı rəngli 00200330 şassi nömrəli, üzərində 90-ZD-837 dövlət qeydiyyat nömrə nişanı olan avtobusla Azərbaycan Respublikası ərazisinə sərnişinlərlə birgə qayıdıb.
Daha sonra Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən müəyən edilib ki, "SUMIT DAF EUROLİNES" markalı avtobusun ön qapısında vintlə bərkidilmiş metal lövhəcik üzərində olan məlumatlara əsasən təqdim edilmiş nəqliyyat vasitəsi "DAF/VDL" markalı avtobusun 2001-ci il istehsalı olan "SB200" şassi tipidir.
Faktla bağlı araşdırma aparılır.
Namiq

Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










