Körpü pullu oldu: İsmayıllıda özbaşınalıq - VİDEO

İsmayıllının zərnava kəndindəki asma körpü pullu edilib. Ödənişi yığanlar da hər hansı bir rəsmi qurumun nümayəndələri yox, kənd sakinləridir. Onlar isə ödənişin məcburi olmadığını və körpünün saxlanmasına xərclənəcəyini bildiriblər. Turistlərin çox istifadə etdiyi asma körpüdə pul yığılır. Görüntülər İsmayıllının Zərnava kəndindəndir. 50 il əvvəl Girdiman çayı üzərində asma körpü qurulub. O vaxtdan da turistlər bu körpüdən pulsuz istifadə ediblər. Son günlərdə isə körpüdən keçməyə görə pul tələb olunur. Hətta bunun üçün asma körpünün hər iki tərəfinə nəzarətçi də qoyulub. Həmin şəxslər və təşkilatçı da məhz kənd sakinləridir. Yəni, heç bir rəsmi qurumun təşkilatçılığı ilə həyata keçirilmir. Turistlərin əksəriyyəti pul verdiklərini təsdiqləsələr də, bunun məcburi olmadığını bildiriblər. Lakin onlardan pul tələb edildiyini etiraf edənlər də oldu. Körpüyə nəzarət edən şəxslər isə bildiriblər ki, pulun toplanmasında məqsəd körpüyə nəzarəti ciddi şəkildə həyata keçirmək, təmizliyini və sazlığını qorumaqdır. Ödəniş də məcburi deyil. Nəzarətçilər bildiriblər ki, körpüdən keçmək üçün 100 manat ödəniş edənlər də olub.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










