Körpü uçub
Gündəm
18 Yanvar 2019 20:33
Oxunub 1113

Qəzanın səbəbi araşdırılır
Belçikanın Brüssel şəhərində Villebruk kanalı üzərindən keçən körpü çöküb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda Reuters məlumat yayıb.
Məlumata əsasən, qəza ilə əlaqədar paytaxt Brüssellə Antverpen şəhərinin əsas yükdaşıma marşrutu olan Villebruk kanalında nəqliyyatın hərəkəti şənbə gününə kimi dayandırılıb.
Hadisə nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almayıb.
Qəzanın səbəbi araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













