Kosmonavtın geyimi satışa çıxarılıb – FOTO

Kosmonavtların həyatı çox maraqlıdır. Aylarla Yer kürəsindən kənarda olurlar. Hərraclarda onların geyimlərinə də maraq böyükdür. Yuri Usaçevin kosmosdan gətirdiyi geyimi 500 min rubla (təxminən 7,5 min dollar) satılır. Amma bunu kosmonavtın özü satmır. Satıcı deyib ki, geyim ona konstruktor bürosunda işləyən atasından qalıb.
Qaydalara görə, kosmonavt kombinezonu 30 gün geyinir. Bu müddətdən sonra paltarı yenisi ilə dəyişmək lazımdır. Kombinezon da konstruktor bürosuna beləcə düşüb. Bu qiymətə təkcə paltar satılmır. Üstündə Usaçevin çantasını da verirlər.
Ümumiyyətlə, internetdə kosmonavt paltarı satılmasına çox rast gəlmək mümkündür. Məsələn, “eBay”da belə geyim təxminən 10 min dollara satılır. Usaçev 1994-cü ildə “Soyuz TM-18” gəmisi ilə kosmoca uçmuşdu. O, Yer kürəsindən kənarda 182 gün keçirmişdi. Kombinezonun da o vaxtdan qaldığı bildirilir. (Bizimyol.info)

Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












