Krediti ödəyə bilməyən şəxs intihara cəhd edib - Hadisə yerindən VİDEO - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi ilə bağlı məlumat yayıb. Avtosfer.az FHN-in saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər dördmərtəbəli binanın damına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
****
İntihara cəhd edən şəxs Neftçilər metrosu yaxınlığındakı "McDonalds" - nın binasının üzərinə çıxıb. Avtosfer.Az xəbər verir ki, hadisə şahidlərinin Press.az-a verdiyi məlumata görə hadisə yerinə FHN-nin xilasetmə canlı qüvvələri gəlib. İntihara cəhd edən şəxsin addımının qarşısı alınmağa çalışılır. Təhlükəsizlik tədbirləri görülüb. İntihar səbəbi olaraq bank vasitəsi ilə götürdüyü kreditin qaytara bilməməsi göstərilir.
Ərazidə böyük tıxac yaranıb.
****
Digər hadisə şahidlərinin dediklərinə görə, həmin şəxsin ləqəbi Mosudur. O, "Vosmoy" bazarında işləyir. Bir ay olar ki, bazardan çıxardıblar. Böyük ehtimalla, buna görə belə edir. Bir dəfə də intihar etmək üçün "Lotos" ticarət mərkəzinin üstünə çıxıbmış.Danışıqlardan sonra Mosunu damdan endirmək mümkün olub. Onu, polis maşınına mindirərək, polis bölməsinə aparıblar.
Hadisə yerindən göndərilən özəl videonu sizlərə təqdim edirik.
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür - FOTO
Servissiz qalan Çin avtomobilləri - Xaos yaranır
Bakıda yol çökdü: Avtomobilin təkəri partladı - VİDEO
Balacanın hərbi salamına polislər belə reaksiya verdi - VİDEO
Vaqif Əsədov hərbçiləri peşə bayramı münasibəti ilə TƏBRİK EDİB - FOTO
Azərbaycanın şanlı ordusunun tarixi – 26 İyun Silahlı Qüvvələr Günü
"Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!" - VİDEO
Bakının mərkəzində yolda hərəkət niyə müşkülə çevrilib? - VİDEO
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
QHT Agentliyinin dəstəyi ilə yol hərəkəti təhlükəsizliyi müzakirə olundu; təkliflər səsləndirildi - VİDEO










