Kreditlə maşın sürənlər bu qaydaları MÜTLƏQ ÖYRƏNSİN!

Prezident İlham Əliyevin sərəncamı ilə banklardan 10 min dollara qədər kredit götürən və dolların bahalaşmasından sonra ödədikləri artıq məbləğin geriyə qaytarılması prosesi başlayıb. Avtosfer.az-a müraciət edən vətəndaşlar bildirirlər ki, kreditlə aldıqları avtomobillər üçün ödədikləri əlavə məbləği geri almaqda problemlə üzləşiblər. Belə ki, bankdan kreditlə avtomobil götürən birinci şəxs pulu ödəyə bilmədiyi, yaxud hər hansı başqa səbəbdən maşını ikinci bir şəxsə satıb. Bu zaman onların arasında alqı-satqı müqaviləsi olmayıb. Birinci şəxs sadəcə olaraq ikinciyə sürmək üçün etibarnamə verib. İkinci şəxs isə dolların kursunun bahalaşmasından sonra ödənişləri əlavə faizlə edib. Hazırda artıq ödənilən məbləğin gedir qaytarılması zamanı avtomobilin sahibi etibarnaməni ləğv edərək əlavə ödənilmiş məbləği özü almaq istəyir. Bəs bu zaman vətəndaş nə etməlidir? Ümumiyyətlə burada prosedur qayda necədir? Bankdan pulu kim almalıdır?

Bu barədə Avtosfer.az saytına danışan hüquqşünas Bəhruz Müslümov deyir ki, vətəndaşlar arasında alqı-satqı müqaviləsinin olması belə problemlərin ortaya çıxmasının qarşısını alır. “Avtomobil, xüsusilə kreditdə olan maşını alan zaman mütləq şəkildə alqı-satqı müqaviləsi bağlamaq lazımdır. Amma əgər hər hansı bir səbəbdən bu baş tutumayıbsa o zaman vətəndaş məhkəməyə müraciət edə bilər. Çünki ən azından pul verən zaman yanında şahidi varsa məhkəmə onun xeyrinə qərar qəbul edə bilər.”
Hüquqşünas deyir ki, avtomobilin sahibinin etibarnaməni ləğv etdirib pulu götürməsi mümkündür. “Düzdür bu qanunsuzdur. Amma avtomobilin faktiki sahibi olduğu üçün pulu banka kimin ödəməsinin ödəmi yoxdur. Avtomobilin sahibi etibarnaməni ləğv etdirib bankdan ikinci şəxsin ödədiyi pulun artıq hissəsini ala bilər. Amma qanuna görə, hər bir vətəndaş ödədikləri məbləğ qədər kompensasiya almalıdır. Məsələn əgər 10 min dollarlıq maşının 4000 min dollarını avtomobilin sahibi ödəyibsə və bu dolların bahalaşma vaxtına düşübsə o zaman birinci şəxs pulu almalıdır. Digər 6000 dollar məbləğ isə ikinci şəxsə çatmalıdır.”
Hüquqşünas bu cür problemlə üzləşən vətəndaşlara vəziyyətdən çıxış yolunu da deyib. “Belə hal ilə qarşılaşan vətəndaş ilk növbədə təcili şəkildə məhkəməyə müraciət etməlidir. Məhkəmənin ilk iclasında hakimdən bank tərəfindən pulun ödənilməsinin dayandırılması ilə əlaqədar olaraq qərardad çıxarılmasını xahiş edir, qərardad icra edilməsi üçün dərhal banka göndərilməlidir. Bundan sonra iş üzrə yekun qərar qəbul edilənə qədər bank tərəfindən həyata keçirilən ödəmə dayandırılmalı, bundan sonra isə müvafiq qəbzləri təqdim etməklə, şahidlərin iştirakı ilə məhkəmə müvafiq qərar çıxardır.
Habelə vətəndaşın özünün də həmin banka qəbzləri təqdim etməklə bankdan qeyd olunan mübahisənin məhkəməyə yönləndirildiyini və bu səbəbdən də ödəmənin dayandırılmasını xahiş edə bilər.”
Orxan Əli
Bakı-Tbilisi-Bakı qatarı 5 yaşa qədər uşaqlar üçün pulsuz olacaq
Gürcüstana səfər üçün sığorta məcburi olacaq - Qiymət və qaydalar açıqlandı
Bu küçədə sərnişin mindirib-düşürənlər CƏRİMƏLƏNMƏYƏCƏK - FOTO
Paytaxtın 21 istiqamətində sıxlıq var - SİYAHI
Kondisioner ustalarının freon yalanı - FOTO
BMT-nin qlobal proqramının rəhbəri Azərbaycana belə təşəkkür etdi - FOTO
WUF13 başa çatdı; Azərbaycan forumdan nə əldə etdi? - AÇIQLAMA
WUF13-ə məhz təşkilatçılıqda rolu olanların kollektiv ruhu əsl mənasını verib - ANAR QULİYEV - FOTO
Bakı-Tbilisi-Bakı qatarının sərnişinlərinə ŞAD XƏBƏR
Kart dələduzluğu artır? – Ekspertdən XƏBƏRDARLIQ
WUF13-ün bağlanış mərasiminə dair mətbuat konfransı keçirildi - FOTO









