Kreditlərlə bağlı MÜHÜM YENİLİK olacaq

"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kreditlərin verilməsinə məhdudiyyət qoymaq imkanı əldə edəcəklər".
Avtosfer.az xəbər verir ki, bu fikirləri "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin müavini Toğrul Əliyev deyib.
O bildirib ki, bu addım fırıldaqçılıq hallarının və risklərinin əhəmiyyətli dərəcədə azalmasına xidmət edəcək:
"Eyni zamanda, Mərkəzi Bank maliyyə bazarlarında bazar davranışlarının hüquqi tənzimlənməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq xarici ekspertlərin cəlb edilməsi ilə maliyyə institutlarının bazar davranışlarına dair metodoloji rəhbərlik layihəsi hazırlanıb.
Bu sənəd maliyyə sektorunda təkcə banklar üçün deyil, ümumilikdə maliyyə sektorunda şəffaflıq və ədalətli biznes davranışlarının təmin edilməsinə yönəlib və maliyyə institutları üçün məsuliyyətli davranış standartlarını müəyyən edir.
Bundan əlavə, Mərkəzi Bank tərəfindən qəbul edilmiş riskəsaslı nəzarət siyasətinə uyğun olaraq, bazar davranışları istiqaməti üzrə də riskəsaslı nəzarət mexanizmi üzərində iş aparılır. Bu çərçivə imkan verəcək ki, müştərilər və istehlakçılar üçün daha çox risk yaradan məhsullar, xidmətlər və ya maliyyə institutları üzrə daha intensiv nəzarət tədbirləri həyata keçirilsin"./Oxu.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












