Kruiz gəmisinin Xəzər dənizi üzrə səfəri bir il təxirə salındı

2019-cu ilin yayında həyata keçirilməli olan "Şərq xəzinələri" adlı Xəzər dənizində ilk kruiz təxirə salınıb. "Today.kz" yazır ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasından məlumat verilib. Kruizin "Böyük Pyotr" teploxodunda həyata keçiriləcəyi planlaşdırılır. Gəmi azı bir il gecikmə ilə istifadəyə veriləcək.
"Xəzər dənizində kruiz səfərlər üçün tələbat artıq indidən çox yüksəkdir. 2020-ci ilin payızına qədər Xəzər dənizində bir neçə səfərlər həyata keçirməyi planlaşdırırıq. Qışda teploxodu Soçiyə göndərmək istəyirik, çox güman ki, o, üzən mehmanxana kimi fəaliyyət göstərəcək", - "Mosturflot" turoperatorunun mətbuat katibi Aleksandr Filimonov deyib.
"Şərq xəzinələri" kruizi 11 gün/10 gecə üçün nəzərdə tutulub. Gəmi Bakı (Azərbaycan), Bəndər-Ənzəli (İran), Nouşəhr (İran), Türkmənbaşı (Türkmənistan), Aktau (Qazaxıstan), Həştərxan (Rusiya), Mahaçqala/Dərbənddə (Rusiya) dayanacaq.
Tikilməkdə olan teploxodda 155 eyvanlı kayut və 12 lüks kabin olacaq. Gəmi 310 sərnişin üçün nəzərdə tutulub.
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO










