Küçədə sataşdılar, bıçaqladı...

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Namiq Ayxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müdafiə çıxışı edən N.Ayxanovun vəkili Gülşən Salmanova bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş ittiham kifayət qədər ağırdır: "O, cinayət əməlini zərərçəkmişin qanunsuz hərəkətlərinin nəticəsində törədib. Əvvəlcədən tanımadığı 4 nəfər ona sataşıb. Kamil Məmmədov adlı şəxs bilərəkdən Namiqə "nəyə baxırsan" iradını bildirərək onunla mübahisə edib. Daha sonra mübahisə böyüyüb və həmin şəxslər Namiqi döyməyə başlayıb. O da cibindəki bıçağı çıxaraq Kamilə zərbə endirib".
Məhkəmənin hökmü ilə N.Ayxanov 7 il azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.
İttihama görə, 2002-ci il təvəllüdlü N.Ayxanov küçədə mübahisə zəminində tanımadığı Kamil Məmmədovu bıçaqlayıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb, lakin ona qarşı polis nəzarətinə verilmə qətimkan tədbiri verilib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












