Küçədə yarışa çıxan yük maşınları: “Yəqin ki, DYP-nin yeni planı var”

Bakıda yük maşınları ilə bağlı təhlükəli vəziyyətlər artır.
Son günlər ard-arda baş verən qəza və insidentlər paytaxt sakinlərinin ciddi narahatlığına səbəb olub. Belə ki, iki gün əvvəl Binəqədi rayonu, Biləcəri qəsəbəsində “KamAZ” markalı yük avtomobilinin idarəetməni itirərək minik maşınının üzərinə aşması faciə ilə nəticələnib. Hadisə nəticəsində yük maşınının sürücüsü və “Changan” markalı avtomobilin sərnişinləri həyatını itirib.
Dünən isə Heydər Əliyev prospektində avtomobil daşıyan yük maşınının təhlükəli manevr etməsini əks etdirən görüntülər yayılıb. Yol polisi hadisə vaxtı ərazidə olub və təhlükəsizliyi təmin etsə də, yük maşınının hərəkəti 16 dəqiqəlik sıxlığa səbəb olub.
Həmçinin, Bakı-Qazax magistralında Türkiyəyə məxsus yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb.
Ümumilikdə, Bakıda yük maşınlarının şəhərə giriş vaxtı və tonnaj məhdudiyyətləri ilə bağlı xüsusi qaydalar mövcuddur. Bəs bu qaydalar hansı prinsiplərə əsaslanır? Neçə tondan yuxarı yük maşınlarının hansı saatlarda paytaxta daxil olmasına icazə verilir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, ağırtonnajlı maşınların Bakıya girişinə gündüz saatlarında icazə verilmir:
“Ağırtonnajlı nəqliyyat vasitələrinin Bakı şəhəri ərazisində hərəkəti səhər saat 07:00-dan axşam 21:00-dək qadağandır. Nəqliyyat vasitəsinin kütləsi isə 8 tondan artıq olmamalıdır”.
Ekspert qeyd edib ki, ağırtonnajlı maşınlar gecə saatlarında sanki yarış təşkil edirlər:
“Daha çox gecə saatlarında, şəhərə daxil olmasına icazə veriləndən sonra ağırtonnajlı avtomobillər sanki bir-biri ilə yarışa çıxırlar. Bu isə digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaradır. Onlar çox yüksək sürətlə hərəkət edir, hətta yarış təşkil edirlər. Belə məsuliyyətsiz sürücülər xüsusi nəzarətə götürülməlidir. Mən düşünürəm ki, xüsusilə də axşam 21:00-dan sonra bu avtomobillərlə bağlı xüsusi tədbirlər görülməlidir”.
Eldəniz Cəfərovun sözlərinə görə, qayda pozuntusu olmadan yük maşınlarının saxlanılması düzgün addım sayılmır:
“Yəqin ki, Dövlət Yol Polisinin bu məsələ ilə bağlı yeni planları var. Amma, məsələn, mən desəm ki, yük maşınları saxlanılsın və sürücülər yoxlanılsın, bu, artıq subyektiv yanaşma olar və qanunazidd addım sayılar. Çünki qayda pozuntusu olmadan hər hansı avtomobilin saxlanılması doğru deyil”. (cebhe.info)
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












