Kür çayında sərnişinləri daşıyan "Qayıqçı" qadın - FOTO

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Report” İnformasiya Agentliyinin könüllüləri Bərdə rayonunda yaşayan zəhmətkeş qadınlarla görüşüblər.
Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, belə qadınlardan biri də Bərdə rayonunun Kür çayı ətrafında - Obameşə adlanan ərazisində yaşayan, 33 yaşlı Aytən İbrahimovadır. O, 20 ildir çayda qayıqla sərnişin daşıyır, insanları çayın bir sahilindən digər tərəfinə təmənnasız olaraq aparır.
Bununla yanaşı, A.İbrahimova zəhmətkeş ev qadınıdır. Səhər hamıdan tez oyanır, ev işlərini sahmana salır, daha sonra mal-qaranı, quşları yemlədikdən sonra qayığının yanına gedərək şərəfli işi ilə məşğul olmağa başlayır.
A.İbrahimova kənd sakinləri arasında böyük hörmət sahibidir. Onun sözlərinə görə, yaşadıqları ərazi rayon mərkəzindən aralıda yerləşir: "İnsanlar çay vasitəsilə bu məsafəni xeyli azaldırlar. Belə ki, avtomobillə yarım saata gedəcəkləri yolu çayı keçməklə bir neçə dəqiqəyə gedirlər. Bu səbəbdən sakinlər daha çox qayıqdan istifadə edirlər".
İşinin çətinliklərindən də danışan A.İbrahimova küləkli havada vəziyyətin daha da təhlükəli olduğunu deyir: "Külək bir neçə dəfə qayığı aşırsa da, üzə bildiyimdən boğulmamışam".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı














