Kürdəmir sakininin avtomobili və qarajı yanıb

Kürdəmir rayon sakininin avtomobili və qarajı yanıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 23 yaşlı Niyaməddin Adil oğlu İsgəndərov atası Adil Paşa oğlu İsgəndərova məxsus "VAZ-21011" markalı avtomobili qapının ağzında yuduqdan sonra həyətdəki dalanın altında saxlayıb. Ancaq gecə saatlarında həyətdən gələn səsə oyanaraq avtomobilin və qarajın yandığını görüblər. Yanğının yaxınlıqdakı fərdi yaşayış evinə keçməsinin qarşısı alınsa da, avtomobil yanaraq külə dünüb.
Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Yanğının hansı səbəbdən baş verdiyi ekspertin rəyindən sonra məlum olacaq. Ev sahibi isə maşınının və qarajın qəsdən yandırıldığını iddia edir. Çünki nəqliyyat vasitəsini saxlayarkən heç bir qəza baş verməməsi üçün akkumlyatoru götürdüklərini bildirirlər.
Faktla bağlı araşdırma aparılır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












