Kürdəmirdə evdən qumbara, güllələr və narkotik maddə götürülüb - FOTO

Kürdəmir rayonunda keçmiş məhkumun evindən qumbara, narkotik maddə, tapança və avtomat güllələri götürülüb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Kürdəmir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 51 yaşlı Qalib Əliyusif oğlu Zərbaliyev şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərində şəxsi axtarış zamanı 3,3 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyatın davamı olaraq Qalib Zərbaliyev qurudulmuş marixuana saxladığını bildirdiyi üçün yaşadığı evin həyətində öz razılığı ilə axtarış aparılıb, bu zaman 1 ədəd kibrit qutusunda saxladığı 8,1 qram çəkidə qurudulmuş marixuana, həmçinin yaşadığı evin zirzəmisindən 1 ədəd əl qumbarası, 1 ədəd 7,62 mm çapında, 1 ədəd 5,45 mm çapında avtomat güllələri, 1 ədəd 9 mm çapında tapança gülləsi aşkar edilərək götürülüb.
Qeyd edək ki, Q.Zərbaliyev əvvələr də narkotik maddələrin kultivasiyası ilə məşğul olduğuna görə iki dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB















