Kürdəmirdə "Ziko" ləqəbli oğru saxlanılıb - VİDEO

Kürdəmir şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş "Ziko" ləqəbli oğru saxlanılıb. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, bu, Kürdəmir rayon Polis şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. Kürdəmir rayon sakini Səlimov Səbuhi Ağasəlim oğlu Kürdəmir RPŞ-ya ərizə ilə müraciət edərək, yaşadığı evin qarşısında olan anbardan ona məxsus avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib. Həmçinin Kürdəmir şəhər qəbiristanlığından Məhərrəm İbrahimova məxsus bir ədəd su çəni və bununla yanaşı Kürdəmir rayon telekommunikasiya qovşağına məxsus 4 ədəd kanalizasiya qapağı oğurlanıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, hadisəni törədən şəxs 34 yaşlı şəhər sakini Şıxəliyev Ziyad Xasay oğludur. O, maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. İbtidai istintaq zamanı məlum olub ki, Ziyad Şıxəliyev qeyd olunan cinayətlərlə yanaşı, daha iki oğurluq hadisəsi də, törədib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsilə cinayət işi açılıb, istintaq aparılır.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












