Kurslar və repetitorlar abituriyentləri qayda pozmağa sövq edir - XƏBƏRDARLIQ - VİDEO

Bəzi hazırlıq kursları və repetitorlar ali məktəblərə qəbul prosesi ilə bağlı qanunsuz vədlər verirlər. Avtosfer.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, abituriyentlər və valideynlərə xəbərdarlıq edərək belə vədlərə aldanmamağa çağırıb. Onun sözlərinə görə, bəzi kurslar pul qazanmaq üçün abituriyentlərə qeyri-adi təkliflər edirlər.
Dövlət İmtahan Mərkəzinin rəhbəri vurğulayıb ki, bu şəxslərin əsas məqsədi daha çox abituriyent toplamaqla maddi qazanc əldə etməkdir və abituriyentlərin gələcək taleyi onları maraqlandırmır.
Məleykə Abbaszadə onu da qeyd edib ki, hər imtahandan sonra abituriyentlərin cavabları diqqətlə yoxlanılır.
Məleykə Abbaszadə bildirib ki, imtahanlara ciddi şəkildə nəzarət olunur. Təkcə bu il 12% nəzarətçi "qara siyahı"ya salınıb, onlara əməkhaqqı verilməyəcək və bir daha imtahanlarda nəzarətçi qismində iştirak edə bilməyəcəklər.
Buraxılış imtahanlarındakı qayda pozuntularından danışan Məleykə Abbaszadə bildirib ki, 7, 14, 21 və 28 apreldə keçirilmiş 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən, ümumilikdə 48 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv edilib.
İmtahanların nəticələrinə gəlincə, o qeyd edib ki, martın 17-də keçirilmiş buraxılış imtahanının nəticələri sabah, ayın 31-də keçirilmiş imtahanın cavabları isə mayın 6-da elan ediləcək. 7, 14, 21 və 28 apreldə keçirilmiş imtahanların cavablarının isə yay qəbul imtahanlarına qədər elan olunması gözlənilir.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












