“KXDR-in yüksək vəzifəli rəsmisinin olduğu qatar Çin sərhədini keçib”

İçərisində Koreya Xalq Demokratik Respublikasının (KXDR) yüksək vəzifəli rəsmisinin olduğu güman edilən qatar yerli vaxtla saat 22:15-də Çinin Dandun həmsərhəd şəhərinə çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Yonhap agentliyi açıqlanmayan mənbələrə istinadla məlumat yayıb. Agentlik KXDR-Çin sərhədindəki yüksək səviyyədə təhlükəsizlik tədbirlərini əsas götürərək qatarda Şimali Koreya lideri Kim Çen Inın olması ehtimalını irəli sürür. Qatar iki ölkənin sərhədini keçərkən təhlükəsizlik qüvvələrinin onlarla avtomobili və əməkdaşı yolları bağlayıblar. Qatarın yanvarın 8-də səhər saatlarında Pekinə çatacağı güman olunur.
Qeyd edək ki, KXDR lideri Kim Çen In ötən il 3 dəfə Çinə səfər edərək bu ölkənin Sədri Si Cinpin ilə görüşüb. O, mart ayında ilk səfərində də Pekinə qatarla gəlmişdi. Lakin hər iki ölkənin rəsmi KİV-ləri bu barədə səfər başa çatandan sonra ictimaiyyətə məlumat yaydılar.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










