Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonuna qədər yekunlaşacaq

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilin sonuna qədər yekunlaşacaq. Yeni dəmir yolu xətti Ləki stansiyasından Qəbələnin hava limanına qədər olacaq.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
Onun sözlərinə görə, 43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək: “Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 4 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 2 ədəd yeraltı keçidin tikintisi tamamlanıb. Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb”.
S.Qədirova bildirib ki, bu günə kimi 71 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir: “Hazırda torpaq yatağının işlənməsi prosesi davam etdirilir. Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür”.
Xatırladaq ki, ötən ilin 11 dekabrında Prezident İlham Əliyev “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












