Lənkəranda 17 yaşlı oğlan idman fəndi ilə qətlə yetirilib - FOTO

Lənkəran rayonunda qətl hadisəsinin üstü açılıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev saxlanılıb. Meyit gizlədildiyi yerdən götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA


















