Lənkəranda 50 yaşlı qadın intihar edib
Gündəm
21 Fevral 2019 11:33
Oxunub 798

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb
Lənkəranda 50 yaşlı qadın intihar edib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə Yuxarı Nüvədi kəndində qeydə alınıb. Həmin kənddə Reyhan Teymurova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.
Meyit müayinə olunmaq üçün morqa təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













