Lənkəranda narkotik vasitəni daxili orqanında gizlədən şəxs ölüb
Gündəm
20 Mart 2019 10:11

Faktla bağlı araşdırma aparılır
Lənkəran şəhərində narkotik vasitədən ölüm hadisəsi baş verib. Avtosfer.az-ın 'Report"a istinadən məlumatına görə, İrandan Azərbaycana qayıdan Lənkəran rayon Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Qabil İsmayıl oğlu Bağırovun səhhəti qəfil pisləşib.
Əldə etdiyimiz məlumata görə, Q.Bağırov Astara sərhəd-buraxılış məntəqəsindən keçərkən narkotik vasitəni daxili orqanında gizlədərək gömrük nəzarətindən yayınmaq istəyib. Lakin narkotik vasitə orqanizmə nüfuz etdiyindən ölümə səbəb olub.
Q.Bağırovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1085
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
9 Oktyabr 2026 20:17
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
9 Oktyabr 2026 17:46
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 17:35
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
9 Oktyabr 2026 16:41
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
9 Oktyabr 2026 15:48
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
9 Oktyabr 2026 13:00
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
9 Oktyabr 2026 11:00
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
9 Oktyabr 2026 10:34
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
9 Oktyabr 2026 10:00
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
ŞƏRH YAZ












