Lənkəranda sürüşmə ərazisindəki yolda hərəkət bərpa olunub

Lənkəran rayonunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun hərəkət hissəsində ciddi problem yoxdur. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, intensiv yağışlar nəticəsində yolun yerləşdiyi hissədə yamacda torpaq sürüşməsi nəticəsində torpaq axını yolun hərəkət hissəsinə tökülüb: "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları hadisə yerinə cəlb edilib və yolun hərəkət hissəsi torpaqdan təmizlənib. Sel suları yolun çiyin hissələrində müəyyən yerləri yuyub. Həmin hissələrin bərkidilməsinə ehtiyac var. Hazırda agentliyin əməkdaşları ərazidədir. Gün ərzində bərkitmə işləri başa çatdırılacaq. Yolun hərəkət hissəsində, asfaltda heç bir çat və ya sürüşmə yoxdur.
Xatırladaq ki, aprelin 23-də Lənkəran rayonunda 22 kilometrlik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolun yerləşdiyi ərazidə uçqunlar olub. Yolboyu bir neçə yerdə, yamaclarda torpaq sürüşmələri baş verib.
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT












