Leysan Məmmədov niyə işdən qovuldu? - Milyonluq yeyintilər - ŞOK DETALLAR

Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinə kölgə salan hallarla bağlı növbəti şok məlumatlar üzə çıxıb. Dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsi və maliyyə pozuntuları fonunda yüksək vəzifəli şəxsin işdən çıxarılması ölkə ictimaiyyətində ciddi səs-küy yaradıb.
Avtosfer.az xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsindən azad edilən Leysan Məmmədovun adı son dövrlər ardıcıl qalmaqallarda hallanır. Onun bu yüksək vəzifədən uzaqlaşdırılmasının əsas səbəbi isə Maliyyə Nazirliyinin qurumda apardığı sərt audit yoxlamaları və aşkar edilən külli miqdarda maliyyə pozuntularıdır.
Məlumatlara görə, Leysan Məmmədovun rəhbərlik etdiyi qurumun fəaliyyətindən narazı olan vətəndaşlar, eləcə də müxtəlif sahibkarlar tərəfindən aidiyyəti dövlət qurumlarına çoxsaylı şikayətlər ünvanlanıb. Vətəndaşların haqlı narazılığı, idarəçilikdə yol verilən kobud nöqsanlar və büdcə vəsaitlərinin təyinatından yayındırılması mərkəzi hakimiyyətin diqqətindən yayınmayıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, yalnız Leysan Məmmədovun özü deyil, həmçinin onun oğlu ilə bağlı da dövlət vəsaitlərinin mənimsənilməsi, tender maxinasiyaları və ciddi korrupsiya halları üzrə ağır şübhələr mövcuddur.
Xatırladaq ki, Leysan Məmmədovun keçmiş fəaliyyəti – xüsusilə Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində rəhbər vəzifələrdə çalışdığı dövr də kifayət qədər qaranlıq məqamlarla yadda qalıb.
Mediada və müvafiq mənbələrdə yayılan məlumatlara əsasən, onun əvvəlki iş yerində yol verdiyi maliyyə maxinasiyaları ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılıb, hətta adıçəkilən şəxsin ölkədən çıxışına müvəqqəti məhdudiyyətlər ("stop") qoyulub. Bütün bunlar isə onun illərdir müxtəlif vəzifələrdə dövlət maraqlarını şəxsi məqsədləri üçün istifadə etdiyini açıq şəkildə nümayiş etdirir./ncomment.az
Yeni Günəşlidəki iki nəfər buna görə dalaşırmış - VİDEO
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!












