Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO

Paytaxtda müşahidə olunan güclü yağışlardan sonra küçə və prospektlərdə bir çox avtomobilin dövlət qeydiyyat nişanları suda itib. Son günlər sosial şəbəkələrdə itmiş nömrələrin axtarışı ilə bağlı paylaşımların artması problemin miqyasını açıq şəkildə göstərir.
Avtosfer.az xəbər verir ki, bəzi sürücülər itmiş nömrələrinin tapılması üçün elanlar verir, bəziləri isə aidiyyəti qurumlara üz tutmağa məcbur olurlar. Mövcud qaydalara əsasən, dövlət qeydiyyat nişanı itib və tapılmayıbsa, həmin nömrənin eyni kombinasiyası ilə yenisinin verilməsi qeyri-mümkündür.
Övladının yaşamasını istəyən valideynlər bu addıma son qoymalıdır - VİDEO
Nəqliyyat vasitəsinin sahibi nömrənin oğurlanması, yaxud itməsi faktına aydınlıq gətirmək üçün ərazi polis orqanına müraciət etməlidir. "Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinə əsasən, itmiş və ya oğurlanmış nömrə tapıldıqda, o ilk olaraq sonuncu sahibinə təklif edilir.
Lakin nömrə tapılmadıqda sürücünü uzun və yorucu prosedur gözləyir. Bu halda avtomobil üçün tamamilə yeni qeydiyyat nişanı alınmalı, həmçinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasport) dəyişdirilməlidir.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












