Liviya sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub

Liviyanın şərqindəki Sabratha şəhərinin sahillərində batan qayıqda ən azı 10 miqrant həlak olub. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu məlumatı Liviyanın təhlükəsizlik xidməti yayıb. Batmış daha 17 miqrantın axtarışı üzrı əməliyyat tədbirləri davam edir. Xidmətin sözçüsü Aiman Dəbbaşi bildirib ki, Sabratha yoxsulluqdan və aclıqdan Avropa ölkələrinə köç edən insanlar üçün əsas toplaşma məntəqəsidir. Onun sözlərinə görə, burada İtaliya və Avropa İttifaqının maliyyə dəstəyi ilə sərhəd mühafizə tədbirləri xeyli gücləndirilib. “Lakin qanunsuz miqrantları daşıyan qayıqların dənizə çıxmasının qarşısı alınmayıb. Sudandan olan və qayıqdan sağ qurtulmuş miqrantın dediyinə görə, qayıqda 27 nəfər olub və onlar Zuvaraf şəhərinə doğru hərəkət ediblər. Amma biz ölənlər istisna olmaqla, qalanlardan xəbər ala bilmirik”, -deyə Dəbbaşi agentliyə müsahibəsində qeyd edib. O əlavə edib ki, həmin miqrantlar Afrikanın Səhra bölgəsindən olan insanlardır.
Birləşmiş Millətlər Təşkilatının miqrasiya agentliyi (IOM) bildirib ki, batan qayıqdan xilas edilən 15 nəfər xəstəxanaya çatdırılıb, 10 nəfər həlak olub, daha 2 miqrant isə itkin düşüb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












