"Lufthansa" sərnişini təyyarəyə gecikdiyinə görə məhkəməyə verib

Alman hava yolu şirkəti Lufthansa uçuşda iştirak etməyən bir sərnişini məhkəməyə verib. Birbaşa olmayan uçuşun ikinci hissəsində iştirak etməyən bir sərnişinə qarşı məhkəmə ittihamı irəli sürülüb. Bu, daha ucuz uçuş əldə etmək "hiyləsi" ilə mübarizədə yeni bir addımdır.
CNN tərəfindən əldə edilən məhkəmə sənədlərinə əsasən, şirkət, adı qanuni səbəblərdən açıqlanmayan bir kişi sərnişini məhkəməyə verib. Həmin sərnişin Frankfurt vasitəsilə Seattle-dan Osloya gedən uçuşun ikinci hissəsində bilərəkdən iştirak etməyib.
Məhkəmə işi bu hava yolu şirkətinin "skiplagging" adlandırılan və ucuz bilet əldə etmək məqsədilə ilə birbaşa olmayan uçuşun vasitəçi şəhərinə daxil olub, səyahətin ikinci hissəsində iştirak etməmək mənasına gələn prosesə qarşı mübarizə üsuludur.
Gizlədilmiş şəhər uçuşları
Birbaşa olmayan uçuşla, adətən, hava yolu şirkəti üçün ən mühüm sayılan şəhər vasitəsilə həyata keçirilir.

Hava yolları şirkətləri bilet qiymətlərini dəyər yox, tələb əsasında müəyyənləşdirdiyi üçün bu cür uçuşlar daha ucuz başa gələ bilir.
"Misal üçün deyək ki, Alaska hava yolları vasitəsilə Seattle-dan Columbus-a birbaşa uçuş 250 dollara başa gəlir," Airfarewatchdog.com səhifəsinin məzmun redaktoru Tracy Stewart deyir.
"America hava yolları" eyni marşrut üzrə birbaşa uçuş aparmır, amma Alaska hava yolları ilə rəqabət naminə Chicago üzərindən eyni qiymətə uçuş təklif edir".
Stewart izah edir ki, adətən Seattle-dən Chicago-ya daha baha başa gələn birbaşa uçuş əvəzinə sərnişinlər America-nın birbaşa olmayan uçuşunu seçə və səyahətin ikinci hissəsini tamamlamaya bilərlər.
"Bu, sui-istifadəyə yol açan bir boşluqdur," mütəxəssis söyləyir.
Bənzəri hal tez-tez yaşanırmı?
BBC-nin müsahibə götürdüyü analitiklər "skiplagging"-in yeni bir şey olmadığını vurğulayırlar.

Amma bu üsula əl atan sərnişinlərin sayı artır.
"Bir çox hava yolları şirkətləri öz əsas aeroportları üzərindən uçuşlar təklif edərək xərcləri daha aşağı tutmağa çalışırlar," JG Aviasiya Məsləhətçiləri şirkətindən analitik John Grant deyir.
"İllərlə şirkətlər səyahətin ikinci hissəsinə davam etməyən sərnişinlərə göz yumublar," o əlavə edir.
Lakin son bir neçə ildə sərnişinlərə skiplagging imkanları təqdim edən internet səhifələri yaranmağa başlayıb.
Hava yolları şirkətləri bunu təbii ki, çox pis qarşılayıblar və ABŞ-ın United şirkəti 2014-cü ildə "haqsız rəqabət" əsası ilə Skiplagged.com səhifəsini məhkəməyə verib. Məhkəmə işinə mühakimə hüququ problemlərinə görə Chicago tribunalı tərəfindən xitam verilib.
Hava yolları iddia edir ki, bu üsul onları sərnişinin nəzərdə tutduğu səyahət yerindən gəlir əldə etməsi və yerini başqa birinə satılması şansından məhrum edir.
Məsələn, Lufthansa tərəfindən məhkəməyə verilən sərnişin geri qayıdarkən Berlinə çatmaq istəyib və həmin səyahətin Frankfurt-Oslo uçuşu hissəsinə qoşulmayaraq, Berlinə başqa təyyarə ilə gedib.
Alman hava yolları şirkəti həmin kişini müqavilənin pozulması əsasında ittiham edib və 2300 dollar məbləğində kompensasiya tələb edir.
Lakin Berlindəki məhkəmə iddianı dekabrda ləğv edib.
Lufthansa-nın sözçüsü, qərara qarşı apelyasiya şikayəti ediləcəyini deyib.

"Lufthansa məhkəmə prosesinə tələb etdiyi məbləğdən daha çox pul xərcləyir. Amma onlar insanlara mesaj ötürmək istəyirlər," Stewart düşünür.
Bundan əvvəl bəzi başqa hava yolları "skiplagging" edən sərnişinlərin hesablarından mil-xallarını siliblər.
Skiplagging-in sərnişinlər üçün mənfi tərəfləri varmı?
Bu uçuş fəndindən istifadə etmək istəyən sərnişinlərin baqajı, adətən, səyahətin sonuncu şəhərinə gedir.
Eyni zamanda pis hava və ya gözlənilməyən başqa səbəblərdən uçuş başqa aeroporta yönləndirilə bilər.
Amma mütəxəssislərə görə, üstünlüklər daha çoxdur. "Uçuş üçün daha az pul ödəmək istəyən birini tənqid etmək çətindir. Xüsusilə də hava yolları şirkətinin bilet sistemi gözəçarpan şəkildə nöqsanlıdırsa," Stewart deyir.
Bakı nəqliyyatında inteqrasiya olunmuş mobillik sistemi genişlənir
Hava limanına da qatarla gedə biləcəyik - AÇIQLAMA
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb - FOTO - VİDEO
Əlli faiz artım narazılıq YARATDI – Taksiçilər çətin vəziyyətdə
Azərbaycandan digər istiqamətlərə qatar reysləri bərpa ediləcək? - VACİB AÇIQLAMA
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO










