“LukOil Azərbaycan” müştəriləri belə aldadır… – GİLEY

“LukOil Azərbaycan” şirkətinin yanacaqdoldurma məntəqələrinin yarıtmaz fəaliyyəti sürücülərin haqlı narazılığına səbəb olur. Yanacağın aşağı keyfiyyətdə olması, kütləvi aldadılma halları istehlakçıları narahat edən məsələlərdəndir. Bu günlərdə redaksiyamıza daxil olan şikayət ərizələrinin birinin izi ilə jurnalist araşdırmasına başladıq.
Avtosfer.az mediapress.az-aistinadən xəbər verir ki, Azad İstehlakçılar İctimai Birliyi ilə başlatdığımız araşdırmanın nəticəsindən məlum oldu ki, sürücülər kütləvi şəkildə aldadılırlar.
Maraqlıdır ki, “Lukoil” faktları təsdiq etsə də, həqiqətləri inkar etmək yolunu tutub. Sadə dildə desək, şirkət avtomobillərin çənlərinin tutumu ilə bağlı texniki şərtlərə əhəmiyyət vermədən ciddi cəhdlə yalanlarına həqiqət donu geyindirməyə çalışır.
Bu, “Lukoil” kimi brend markalı yanacaqdoldurma məntəqəsindən birinci şikayət deyil. Bildirək ki, zamanında karate üzrə paralimpiya çempionu Aynur Məmmədova, Araz FM-in müxbiri Aygün Akif, sabiq millət vəkili Etibar Hüseynov və digər şəxslər də adıçəkilən şirkət tərəfindən analoji qaydada aldadılıblar. Təbii ki, bu tip neqativ hallardan narazı qalan, ancaq müəyyən səbəblərdən şikayət etməyən sürücülərin sayı da az deyil.
Həqiqəti üzə çıxarmaq çox asandır. Bunun üçün “Lukoil” şirkəti konkret şikayətçinin, media nümayəndələrinin, Azad İstehlakçılar Birliyinin və aidiyyatı üzrə dövlət orqanlarının iştirakı ilə test monitorinq keçirməlidir. Nəticələr KİV-lərdə işıqlandırılmalıdır.
Onu da qeydedək ki, şirkət bütün ittihamları rəddetməklə yanaşı, şikayətləri də qulaqardına vurmaqla məşğuldur. Biz isə yaxınvaxtlarda “LukOil Azərbaycan”ın müştərilərialdatma üsullarını ifşa edən videomaterialları təqdim edəcəyik.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












