Maaşı kəsilən fəhlə hoteli sökdü - VİDEO

İngiltərənin Liverpul şəhərində qəzəblənmiş fəhlə ekskavatorla inşası başa çatmamış hoteli dağıdıb. Onun qəzəbinə maaşının kəsilməsi səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sky News” portalı məlumat yayıb.
Yanvarın 20-də lentə alınmış videoçarxda sürücünün ekskavatorla hotelin pilləkənlərinə qalxdığını və şüşə qapı və üzərindəki paneli sökdüyünü görmək olur.
Daha sonra içəri daxil olaraq dağıntı törədir: içəridəki mebelləri aşırır, tavanın plitələrini sökür. Hirsini bu yolla çıxaran fəhlə arada söyüş də söyür və “kişinin maaşını verməyəndə, axırı belə olur”, - deyə gileylənir.
Hadisə yerinə polisin çağırılmasından sonra ekskavatordan düşərək “dabana tüpürüb”. Hazırda onun axtarışa verildiyi bildirilir.
Fəhlənin bu çılğın hərəkətindən ətrafda olanlar şoka düşüb. Şahidlərin dediyinə görə, razılaşdırılmamış söküntü 20-30 dəqiqə ərzində davam edib.
Məlumata əsasən, fəhlənin özündən çıxmasına səbəb işəgötürənin maaşından 600 funt sterlinqi kəsməsi olub. Hotel şəbəkəsinin rəsmisi insidenti şərh etməkdən imtina edib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"











